Məşhur müğənni Afət Fərmanqızı onun haqqında yazan səhifə və saytlarla bağlı açıqlama verib.

Mia.az
xəbər verir ki, bu barədə müğənni öz “İnstagram” səhifəsində açdığı canlıda danışıb. O bildirib ki, haqqında mənfi xəbər yayan saytları kim bağlatdırsa, ona 500 manat pul mükafatı verəcək:

“Çox xahiş edirəm, mənim adımdan reklam tutmaq üçün yalan məlumat paylaşan saytları, səhifələri spam edin. Həmin xəbər səhifələrini kim bağlatdırsa, məndən həmin adama 500 manat hədiyyə. O, səhifələri geri qayıtmamaq şərti ilə vurduran hər kəsə. 5 ay keçəndən sonra yoxlatdıracam, bəlkə elə pula görə özü yalandan bağlanmış kimi göstərir səhifəni. Yox, əgər həqiqətən 5 aydan sonra o səhifələr, saytlar bağlıdırsa, pul mükafatını təqdim edəcəm”(Lent.az).

Həmin görüntünü sizə təqdim edirik:

MİA.AZ