Müğənni Nadir Qafarzadə növbəti açıqlaması ilə diqqət çəkib.
Mia.az xəbər verir ki, sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində bildirib ki, sosial şəbəkədə müğənniləri təhqir edən saxta hesabları olan həmkarlarıdır.
“Bir qadın müğənni məndən soruşdu ki, sənin sosial şəbəkədə “fake” (saxta – red.) səhifən yoxdur? Cavab verdim ki, ““Fake” səhifə nədir? Mənim bir səhifəm var, onu da özüm işlədirəm.
Dedi ki, “Mənim 10 dənə “fake” səhifəm var. Kimlər xoşuma gəlmir, o “fake” səhifələrdən “döşüyürəm” onlara. Bizi söyən özümüzük. Xalqın mənimlə nə işi var? Onlar bunu paxıllıqdan edirlər. Mən qələt edərəm belə şey edərəm. Mən belə şeylərdən qorxmuram, sadəcə mənim başqaların həyatında nə işim var. Burnumu onların həyatına niyə soxmalıyam ki... Hər kəs öz həyatını yaşayır. Özü bilər...Mənim başım toylarıma, mahnı yazdırmalara, ailəmə qarışıb. Başqalarında mənim nə işim var”, - deyə Nadir vurğulayıb(bizm.media).