Martın 31-də keçirilən seçkilərdə 1977-ci ildən bəri ilk dəfə ölkədə pariya olaraq liderliyə yüksələn CHP ötən aylarda nəinki nüfuzunu qoruyub, əksinə, hər keçən gün daha möhkəmlənir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu, məşhur "MetroPOLL" Araşdırma Mərkəzinin ölkədə partiyaların reytinqi ilə bağlı 2235 nəfər arasında keçirdiyi növbəti sorğuda da öz əksini tapıb.
Mərkəzin "Bu bazar günü parlament seçkisi olsaydı, hansı siyasi partiyaya səs verərdiniz?" sualı ilə apardığı soruğudan bəlli olub ki, respondentlərin 23,8 faizi Özgür özəlin başında olduğu CHP, 20,6 faizi Ərdoğanın lideri olduğu AK Partiyayaya səs verəcəyini deyib.
Türkiyə mətbuatı mərkəzə istinadla yazır ki, bu göstərici Ərdoğanın liderliyindəki AKP-nin hələ də toparlana bilmədiyini təsdiqləyir və enişin qarşısı artıq təbii xarakter almağa başlayıb.
Qeyd edək ki, sorğuda kürdlərin partiyası hesab olunan DEM Partiya 3-cü (5.5 faiz səslə), Baxçalının sədri olduğu MHP isə 5.2 faiz səslə 4-cü yerdə gəlir. Fatih Ərbakanın lideri olduğu Yenidən Rifah Partiyası da iddiaların əksinə olaraq, az da olsa, üstünə qoya bilməyib.
Son seçki və Meral Akşenerin istefasından sonra isə İYİ partiya demək olar ki, yox kimi qəbul olunur...
Onu da qeyd edək ki, 31 mart bələdiyyə seçkilərində CHP paytaxt Ankara və ən böyük şəhər olan İstanbul da daxil olmaqla 14 böyük şəhərdə ümumilikdə 37.76 faiz səslə qalib gəlib. AK Partiya isə 35,48 faiz səslə tarixində ilk dəfə ikinci partiya statusuna enib.
Zülfiyyə
MİA.AZ