İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu qatıldığı canlı yayımda keçmiş CHP lideri Kamal Kılıçdaroğlunun “mənə prezident ol deyənlər tərəfindən arxadan xəncərləndim” açıqlaması barədə suala cavab verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İmamoğlu TV100-ün canlı yayımında aparıcının "Kemal bəy davamlı olaraq silahdaşları tərəfindən xəncərləndiyini bıçaqlandığını deyir, bu, səndə bir qərivbə hiss yaradırmı? Çünki bəziləri bu məsələdə sizin də adınızı çəkir..." sualındakı eyhamla razılaşmayıb.

O, qeyd edib ki, həyatında heç vaxt belə bir insan olmayıb: “Bu eyhama şərh verəməyim düz deyil. Həyatımda belə bir insan olmamışam”

İmamoğlu Kılıçdaroğlunun ondan küslü olub-olmaması ilə bağlı sualı da cavablandırıb: "Məndən incidiyini düşünmürəm, düzdür, sədrlikdən getdikdən sonra görüşə bilmədik. Amma mən israrla zəng etdim. Bunu burada ilk dəfə açıqlayıram. Bu bayramda israrla zəng vurdum, o da cavab verdi, danışdıq".

İmamoğıu nə danışdıqlarını deməsə də, zəngin bayramlaşma mqəsədi daşıdığı bəlli olub.

Firudin Səfərli

MİA.AZ