Bu gün Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə partiya başqanının yeni müavini Mustafa Hacıbəyli açıqlama verib.

Onun sözlərinə görə, sessiyada  Məclisin sədri, katibi və Divan üzvlüyünə seçkilər də baş tutub:

"Gizli səsvermənin nəticələrinə görə, Arif Hacılı Məclisin sədri, Fəridə Ələsgərli Məclisin katibi seçiliblər. Bununla yanaşı,  Divan üzvülyünə 13 nəfər seçilib:

Almaz Əliqızı

Fərəc Kərimov

Fəridə Ələsgərli

Gülağa Aslanlı

Hidayət İsmayıl

Könül Alıyeva

Mirbaba Babayev

Mustafa Hacıbəyli

Nemət Kərimli

Nüşabə Sadıxlı

Razim Əmiraslanlı

Səxavət Soltanlı

Yusif Mehdi".

M.Hacıbəyli qeyd edib ki, daha sonra partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib, Məclis isə təqdimatları təsdiqləyib: "Altı nəfər müavin təyin olunub. Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli, Mustafa Hacıbəyli".

Samir Musayev

MİA.AZ