"Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi".

Mia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, ümumilikdə insan alverinin yaranma mənbəyi üçün əsas şərait yoxsulluq, iqtisadi çətinlik və müharibələrdir: “Biz də bunun şahidi olmuşuq və görürük. Çünki vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi. Həmin mənbə ləğv olundu, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi və bu gün orada genişmiqyaslı tikinti quruculuq işləri həyata keçirilir”.

S.Novruzov vurğulayıb ki, bu gün dünyada baş verən müharibələr nəticəsində hadisələr insan alverinin artmasına səbəb olur və bu da istər-istəməz dolayısı ilə Azərbaycana da təsir göstərir: "Hüquq-mühafizə orqanları da bu sahədə mühüm işlər görür(Report).