Prezident Rəcəb Tayyib Ərdoğan və Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə iki ölkə arasında bu gün Ankarada 6 müqavilə imzalanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident sarayında təkbətək və nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra iki ölkə arasında müxtəlif sazişlərin imzalanması mərasimi olub və tərəflər aşağıdakı anlaşmaları imzalayıblar:

- Türkiyə Respublikası Prezidentinin İnvestisiya İdarəsi ilə Küveyt İnvestisiya İdarəsi arasında İnvestisiyaların Təşviqi Fəaliyyətlərində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu

- Ticarət Nazirliyinin Azad Zonalar Baş Müdirliyi tərəfindən təmsil olunan Türkiyə Respublikası Hökuməti ilə Küveyt Dövləti tərəfindən birbaşa təmsil olunan Küveyt Dövləti Hökuməti arasında Azad İqtisadi Zonalar sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu 

- Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi ilə Küveyt Dövlətinin Mənzil Məsələləri üzrə Dövlət Nazirliyi arasında Mənzil Rifahı və İnfrastruktur Sahəsində Anlaşma Memorandumu

- Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Başçılığı ilə Küveyt Dövləti Daxili İşlər Nazirliyinin Mülki Müdafiə Baş İdarəsi arasında Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi sahəsində Anlaşma Memorandumu

- Türkiyə Cümbaşkanlığı, Müdafiə Sənayesinin təmsil etdiyi Türkiyə Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti adından Küveyt Dövlətinin Müdafiə Nazirliyi 

- “Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi ilə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında Birgə Strateji Dialoqun yaradılmasına dair Anlaşma Memorandumu

Anlaşmalardan sonra Ərdoğan Küveyt əmirini “Dövlət Şərəf Medalı” ilə təltif edib.

Lamiyə Əhmədli

MİA.AZ