Filippin Çinlə gərginliyi artırmayacaq, əksinə, azaldacaq. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Filippin prezidenti Ferdinand Markos Çinin su təzyiqli gəmilərlə onların gəmilərini dənizdə sıxışdırmaları haqda danışarkən deyib.

Filippin və Çin arasında İkinci Dünya Müharibəsindən bəri davam edən Cənubi Çin dənizindfə (qarşı tərəf buranı "Qərbi Filippin dənizi" adlandırır - Mia.az) gərginliyi savaşa çevirməyəcəklərini qeyd edən Ferdinand Markos bildirib ki, bu, o demək deyil ki, ölkəsi haqlarından vaz keçir: "Əlbəttə, biz "Qərbi Filippin dənizində suveren hüquqlarımızı müdafiə etməyə davam edəcəyik. Ancaq biz heç kimə təzyiqli su ilə cavab vermək fikrində deyilik. Aprelin 30-da dənizin şərqində patrulluq edən iki Filippin gəmisinə təzyiqli sudan istifadə edilməsi qəbuledilməzdir. Ancaq dediyim kimi, bizim istədiyimiz son şey bölgədə gərginliyi artırmaqdır. Bunu etməyəcəyik. Çin gəmilərinin arxasınca getməyəcəyik. Biz Çinin bölgədə yaratdığı gərginliyi aradan qaldırmaq üçün diplomatik nota üsulundan istifadə edəcəyik".

Xatırladaq ki, Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edib. Bundan sonra Vyetnam, Bruney və Malayziya ilə yanaşı, Filippin də yeraltı sərvətlərlə zəngin bölgədə haqq iddia etməyə başlayıb. 

Lamiyə Əhmədli

MİA.AZ