Xalq artisti Flora Kərimovanın keçmiş kürəkəni evlənib. Nazimin toyu "Karvan" restoranında baş tutub.
Qeyd edək ki, Nazim Flora Kərimovanın qızı Zümrüdlə 10 ilə yaxındır ki, evli olub. Onların bu evlilikdən övladları dünyaya gəlməyib. Onların boşanmaları haqda informasiyanı da müğənni Flora Kərimova təsdiqləyib. O deyib ki, bu barədə geniş danışmaq istəmir: "Bəli, doğrudur. Amma məsələnin heç kimə aidiyyatı yoxdur. Mən anayam, sizin sualınızı cavablandırmaq mənə çətindir. Rica edirəm, bununla bağlı daha heç kim mənimlə əlaqə saxlamasın”.
Keçmiş kürəkən isə subay qalmağın daşını tez bir zamanda atıb və bu gün yeni evlilik həyatına qədəm qoyub.
Xalq artistinin qızının keçmiş əri evləndi
DİGƏR XƏBƏRLƏR
2025-12-24 14:35
2025-12-23 12:51
2025-12-22 17:09