İsrail ordusu 7 oktyabr 2023-cü il tarixindən bu yana Qəzza zolağına intensiv hücumları davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə hər gün onlarla insan ölür.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi son məlumatı paylaşıb.
Bildirilib ki, son 24 saatda Qəzzanın müxtəlif bölgələrinin bombardmanı nəticəsində daha 52 fələstinli həyatını itirib, 90 fələstinli isə yaralanıb: "Bununla da 7 oktyabrdan etibarən Qəzza zolağında ölənlərin sayı 34 min 735-ə, yaralıların sayı isə 78 min 108-ə yüksəlib".
Lamiyə Əhmədli
MİA.AZ