Pakistanın Gilgit-Baltistan bölgəsində Karakorum şosesində sərnişin avtobusu aşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 20 nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb.

Məlumata görə, yerli vaxtla saat 05.30-da sərnişin avtobusu Çilas bölgəsində magistral yolda aşıb: "Yaralılar Çilasdakı xəstəxanalara aparılıb. Hadisə araşdırılır".

Samir MUSAYEV

MİA.AZ