Məşhur müğənni, iki həfət əvvəl "ərim məni döyür" deyə haray çəkən Yeşim Erçetin həyat yoldaşı Fevzi Kardeseci qəfil vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə elə müğənninin özü bildiriş yayıb.

O, ərinin qəfil ölümündən sarsıldığını iddia edərək,  soslal media hesabında yazıb:  “Andımıza sadiq qaldıq, yaxşı gündə də, pis gündə də bir yerdə olduq, can yoldaşım, sənin gedişin çox ani oldu. Nur içində yat... 

Başsağlığı verənlərə təşəkkür edirəm. Acımız çox böyükdür".

İzləyiciləri isə az əvəvl baş verənləri nəzərdə tutub bu məzmunlu xeyli şərhlər yazıblar: "Öldü, yoxsa öldürdüldü?", "Niyə, sizə görəmi öldürüldü, ya öldü?..."

Xatırladaq ki keçmiş model və müğənni Yeşim Erçetin 2 il əvvəl ailə qurduğu həyat yoldaşı Fevzi Kardeseci ilə Mayamidə yaşayırdı.

O, ötən həftələrdə paylaşım edərək əri tərəfindən döyülməsindən şikayələnib.

Müğənni ərinin qumar oynadığını və buna görə zorakılığa məruz qaldığını, boşanmaq üçün məhkəməyə müraciət edəcəyini bildirib: "Az əvvəl başıma vurdu, üzüm pəncərəyə dəydi. Səbəb qumardır. Artıq rəfiqəmin evinə sığındım və boşanma üçün ərizə verirəm...".

Ləman

MİA.AZ