Tanınmış vəkil, «Yasavul» hüquq firmasının rəhbəri Əliabbas Rüstəmov saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə jurnalist Şahvələd Çobanoğlu Facebok-da məlumat yayıb. O, vəkilin hansı səbəbdən saxlanılmasını və hara aparıldığı haqda isə məlumat verməyib.
Sosial şəbəkədə yayılan və təsdiqlənməyən xəbərə görə, vəkil Baş Prokurorluq yanında Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb.
***
Məlumatlara görə, vəkil Əliabbas Rüstəmov müdafiə etdiyi iş adamının ifadəsi əsasında saxlnılıb. İş adamı vəkilin ondan rüşvət istədiyini bildirib. Son məlumata görə, Əliabbas Rüstəmov DİN-nin Nərmanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxasına aparılıb(meydantv).