İsrail ordusunun Qəzza zolağına hücumları davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinnin rəsmi xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərində çadırları və evləri bombalayıb: "Çoxlu sayda ölən və yaralananlar var. Hazırda bu saylar dəqqiləşdirilir".
Agentliyə açıqlama verən fələstinlilərdən biri deyib ki, yaralananlar şəhərdəki Küveyt xəstəxanasına aparılır: "Biz bombalamalaırn səslərini eşitdik, ancaq çadırda olduğumuz üçün bizi vuracaqlarını ağlımıza belə gətirmirdik. Axı biz ailəmizlə birlikdə çadırda yaşayırıq, bizə niyə hücum edirlər?!".
Firudin Səfərli
MİA.AZ