Məşhur aktrisa Melisa Döngel eşq həyatı ilə gündəmdən düşmür.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, adının gah məşqçi Sergen Yalçın,gah da "Qalatasaray"ın hücumçusu Barış Alper Yılmazla eşq məsələlərində hallanmasına nəhayət, aydınlıq gətirib.
Aktrisa bildirib ki, Sergen onun yaxın dostudur: "Bu ili ancaq və ancaq işləmək istəyirəm. Sevgilim yoxdur. Sergen mənim çox yaxın dostumdur, Barış Alperi isə tanımıram. Futbolçudur, amma əslində onu tanımıram"
Ləman
MİA.AZ