ABŞ Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib.
Mia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərdə deyilir.
Sanksiyaya məruz qalanlar arasında Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Türkiyə şirkətləri də var.
Sanksiya tətbiq olunan Azərbaycan şirkəti isə “Lahic Energy” MMC-dir. Onun rəhbəri Yevgeni Əliyev və oğlu Cahangir Əliyev də sanksiyaya məruz qalanlar siyahısındadır.
Şirkət anti-Rusiya sanksiyalarından yayınmağa kömək etməkdə ittiham olunur. Sənəddə qeyd edilir ki, qara siyahıya düşən şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən Rusiya iqtisadiyyatının sektorları ilə işləyir və ya işləyiblər(Qafqazinfo)