«Qalatasaray»da çıxış edən hollandiyalı ulduz Sneyderin uğurlu çıxışı üçün hər cür dəstəyi verən klub rəhbərliyi onun qardaşını da İstanbula gətirmək üzrədir.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sneyderin qardaşı Rodney Sneyder «Qalatasaray»ın
əvəzedicilərdən ibarət komandasına gətiriləcək: «Hazırda Hollandiyanın 2-ci liqasında
çıxış edən «Almere City»də forma geyən Rodneyin
pulsuz alınacağı və mövsümün sonunadək maaş ödənilmədən əvəzedicilərin heyətində
çıxış etməsi artıq razılaşdırılıb. Yeni mövsümdən isə ödəmələrlə bağlı danışıqlar son nöqtədədir».