“Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyim var, nə də başqa bir şey. Bilsələr ki, onlardan xoşum gəlmir, zəhləm gedir sabah başlayacaqlar ayağımın altını qazımağa. Onsuz da edirlər, bir az da artıq edərlər. Ona görə yalandan yola verirəm”
Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı bildirib.
O, daha sonra sənət yoldaşlarının ölümünə sevinən həmkarlarına səslənib: “Siz ölməyəcəksiniz ki? Yoxsa qurdla qiyamətə qalmaq istəyirsiniz?! Kimdən artıqsınız? Ölənlərdən?! Heç kimdən artıq deyilsiniz, hamınız öləcəksiniz. Kim-kimə nə arzulayırsa, o bunu görüb həyatdan köçəcək. Tam arxayın olsunlar. Çox ayıb olsun ölümə sevinənlərə! Çünki insan başına nə gələcəksə, onu bilmir. Xoş hallarına ki, sənətçi dostlarımız ev-eşiklərində balalarının yanında abır-həya ilə ölüb getdilər. Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi! İnsan gərək nə qədər mənliyini, şərəfini itirsin ki, kiminsə ölümünə gülsün, sevinsin! Onlara adam deməyə dilim gəlmir. Haram olsun onlara sənət cameəsində tutduqları pillə! İnsanlığa yaraşmaz! Ölənin arxasınca danışmazlar! İnsan ölüb gedib, o, Allahına cavab verəcək. Bəndə kimdir ki, onun arxasınca danışır?! Hamının səhvi, günahı var! Ayıb olsun!”
Samirə Yusifqızı kişi toylarına son illər nadir hallarda dəvət aldığını bildirib: "Əvvəllər Oqtay Kamillə kişi toylarına daha çox dəvət alırdım. İndi çox azdır. Təsadüf hallarda, demək olar ki, olur. Allah xalqımıza, millətimizə o qədər imkan versin ki, eybi yox, bizi çağırmasalar da, olar. Biz ancaq xeyir iş istəyirik. Mən müğənniyəm, mahnı oxuyuram. Oxuyacağam da. Nə qədər Allah mənə güc veribsə, musiqilərimlə sənətə xidmət edəcəyəm”.