İsrailin Qəzzaya hücumu nəticəsində dinc sakinlərin ölüm halları hər gün artır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin hücumların 205-ci günündə daha 7 bölgə bombalanıb: "Nəticədə daha 66 dinc sakin ölüb, 138 nəfər yaralanıb. Bununla da ötən ilin 7 oktyabrından bəri həlak olan fələstinlilərin sayı 34454-ə, yaralıların sayı isə 77 575-ə çatıb".

Tahir Şəlvəli

MİA.AZ