Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, İraqın şimalındakı Metina bölgəsində aşkarlanan PKK terrorçuları hava zərbəsi ilə məhv ediliblər: "Bütün gücümüzlə terrora qarşı mübarizəmizə davam edirik. İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 2 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Terror və terrorçularla mübarizəmiz effektiv şəkildə davam edəcək".

Zülfiyyə

MİA.AZ