Türkiyə Böyük Millət Məclisində 23 aprel Uşaq bayramı münasibətilə keçirilən ziyafətdə prezident Rəcəb Tayyib Ərdoğanla CHP sədri Özgür Özəl arasında qısa görüş olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Ərdoğan ziyafətdən sonra jurnalistlərin suallarını da cavablandırıb.
Ərdoğan CHP lideri Özəl ilə qısa görüşü barədə suala belə cavab verib: "Gələn həftə CHP sədri Özəllə görüşüb ətraflı müzakirə aparacağıq"
Özgür Özəl isə bildirib ki, gələn həftə köməkçilrə arasında görüş saatı dəqiqləşdiriləcək: "Bu gün isə cənab prezident çay içib qısa söhbət etmək istədiyini dedi. Görüşdük, çay içdik. Gələn həftəyə görüş planladıq...".
Zülfiyyə
MİA.AZ