"Terrora dəstək bəyanatı versəniz, buna icazə verilməyəcək. Siyasilər terrordan, ona zəmin yaratmaqdan uzaq durmalıdırlar. DEM Partiyası terrora dəstək verməyə davam edərsə, əlbəttə, bağlana bilər”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri ölkənin Ədliyyə naziri Yılmaz Tunç deyib.

O, əsasən kürdlərin partiyası kimi tanınan DEM Partiyasının üzvlərinin Diyarbakırin Sur rayon Bələdiyyəsinin binasında Mustafa Kamal Atatürk və prezident Ərdoğanın fotoşəkillərinə işarə ilə tıqhirt yağdırmalaırnı qəbuledilməz sayıb: "Hazırda bununla bağlı araşdırma aparılır. Ölkəmizin və millətimizin birlik və həmrəyliyi ilə bağlı mövzularda qəzəblə oynasanız, məhkəmə və inzibati tədbirlər qapınız döyər. Bir bələdiyyənin terrora dəstək verməsini keçmişdə görmüşük. Əgər yenəö bələdiyyəninn resurslarınə terrora yönlədərsəniz, üstəlik, toplumda kini artıran hərəkətlər edərsənizsə, o zaman dövlət gərəyini edər, partiyanı da qapadar...".

Lamiyə Əhmədli

MİA.AZ