Türkiyə parlamentində deputatların sayı azalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 31 mart bələdiyyə seçkilərində 4 millət vəkilinin bələdiyyə sədri seçilməsi ilə CHP-li deputatlaırn sayı 129-dan 125-ə enib.

Belə ki, CHP-nin Afyonkarahisardan deputatı Burcu Köksal, Adıyamandan deputatıi Abdürrehman Tutdere, Kastamonudan deputatı Hesen Baltacı və Kırıkkaledən deputatı həmi şəhərlə üzrə bələdiyyə sədrləri seçiliblər: "Qanuna görə, sədr vəzifəsinin icrasına başladıqları günü onların deputat mandatına xitam verilir. Bununla da CHP parlamentdəki millət vəkillərinin sayı 129-dan 125-ə düşüb".

Məlumatda o da deyilir ki, Kocaelidən deputat Saffet Sancaklı yenidən MHP-yə üzv olub: "Bununla da MHP-nin Türkiyə Böyük Millət Məclisindəki mandatlarının sayı yenidən 50-yə yüksəlib. Sancaklı MHP-yə keçdikdən sonra parlamentdəki müstəqil deputatların sayı isə 5-ə düşüb...".

Xəbərdə o da deyilir ki, Səadət Partiyasının Kocaelidən deputatı Həsən Bitməzin vəfatı, TİP-dən seçilən Şərafəddin Can Atalayın mandatına xitam verilməsi, CHP-nin 4 millət vəkilinin bələdiyyə başqanı seçilməsi ilə Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin ümumi sayı 594-ə enib.

Lamiyə Əhmədli

MİA.AZ