Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

Mia.az xəbər verir ki, ölkə parlamentinin aprelin 17-də qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra Prezident açıqlama yayıb.

Qeyd edək ki, Gürcüstan müxalifəti qanun layihəsini dəstəkləmir və bir neçə gündür paytaxt Tiflisdə etiraz aksiyaları keçirilir(Report).