Türkiyənin məşhur aktrisası və modeli, "Kurtlar vadisi"ndə "Nəsrin Çakır" obrazı ilə məşhurlaşan İpek Tenolcay maraqlı müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Haber Bahane" verilişinə müsahibəsində şəxsi həyatından söz açıb.

Aktirisa 18-19 yaşlarına qədər oğlan uşağı kimi böyüdüyünü etiraf edib: "Atam sərt adam idi, ailəmizdə qaydalar çox sərt idi. 18 yaşımadək oğlankimi idim. Bəzən atam yatanda gecə bayıra çıxırdım. Ona çox bağlı idim, rəhmətə gedəndə, mənim 22 yaşım var idi...".

Aktrisa deyib ki, 19 yaşında nişanlanaraq ailə qursa da, 4 il sonra hamiləykən boşanıb: "Çünki aldatıldığımın fərqinə vardım..."

Ləman

MİA.AZ