Səs-küy o qədər böyük olub ki, ATV-nin digər verlişlərinin əməkdaşları, hətta telekanal rəhbərliyi mübahisə gedən otağa gəlib. İddia edilir ki, məhz bu mübahisədən sonra prodüser Əli Vəliyev işdən çıxmaq haqqında ərizə yazıb. Mübahisənin isə verlişdəki təşkilati işlər və bir işçinin üstündə olduğu deyilir.
Əli Vəliyevin ATV-də Xoşqədəm Hidayətqızına ən yaxın adamı hesab olunduğu deyilir.
***
"Səni axtarıram” verilişindən isə bildirilib ki, bu məlumat qəsdən hazırlanaraq neqativ fikrilər yaratmaq məqsədilə mətbuata ötürülüb: "Biz bu məlumatın mənbəyini araşdırmağa, onu ötürənlə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etməyə hazırıq. Bu, qəsdən anti-təbliğat məqsədilə hazırlanmış məlumatdır və kökündən yanlşdır”.
qafqazinfo.az