Müğənni Ayşe Hatun Önalın ötən gün bir kişi ilə fotosunu sosial media hesabında yayaraq “Ərim, səni çox sevirəm” yazması başına bəla olub.
Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, qısa zaman sonra bəlli olub ki, paylaşılan şəkildəki kişi onun deyil, məşhur aktrisa Selin Demiratarın əri Mehmet Ali Çebidir.
Bu səbəbdən qısa zamanda onun "İnstagram"dakı paylaşımına yüzlərlə aşağılayıcı replika gəlib. Müğənni isə kimsə ilə mübahisə etmədən həmin fotonu səhifəsindən silib. Ancaq bu qalmaqal TV-lərə daşınıb.
Bəyaz TV-nin "Söylemezsem Olmaz"ın aparıcılarından Hande Sarıoğlu bu fotoya diqqəti çəkərək müğənnini aşağılyıb. O, canlı yaylımlanan verilişdə Mehmet Ali Çebinin 2020-ci ildə aktrisa Selin Demiratarla evləndiyini xatırladıb və Ayşe Hatun Önala qəzəbli mesaj verib: "O, sənin ərin deyil, başqasının əridir. Sən indi məşuqəsən. Hə, vaxtilə Ayşe Hatun Önal ilə Mehmet Əli Çebi eşq yaşamışdı. Daha sonra Çebi Selin Demiratarla evləndi, bunu atdı...".
Ləman
MİA.AZ