Dünyanın ən çox fil sürüsünə sahibolan Botsvananın prezidenti Mokgveetsi Masisi Almaniyaya sərt mesaj verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə başçısı fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymağa hazırlaşan Almaniyaya xəbərdarlıq edib.

Prezident qeyd edib ki, belə bir qadağa olarsa, Almaniyaya 20 min fil göndərəcəklər.

Bu barədə Almaniyanın "Bild" qəzetinə açıqlama verən Masisi Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib: "Ölkəmizdə təxminən 130 mindən çox fil yaşayır. Botsvana bu artımı cilovlamalıdır. Əks halda fil sürülərinin mülklərə və məhsullara zərəri ölçüyəgəlməz həddə olacaq".

Firudin Səfərli

MİA.AZ