Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Özgür Özəl prezident Ərdoğanın seçkidən sonra onu təbrik etməməsindən şikayətlənib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Halk TV-də İsmail Küçükkayanın sualarını cavablandıran CHP liderinin sözlərinə görə, Ərdoğandan 31 mart seçkisindən sonra zəng gözləyib: "Biz indi ölkədə birinci partiyayıq. O, mənə təbrikə zəng etmədi. qarşıdan Ramazan bayramı gəlir. O günü mən ona zəng edərəm..."
MHP lideri Dövlət Baxçalı ilə bağlı sualı da cavablandıran Özəl onun da Ərdoğan kimi davrandığını deyib: "Hörmətli Dövlət bəy də zəng etmədi. Halbuki CHP sədri seçiləndə aradı məni. O, belə şeyləri gözləyən adamdır...".
Firudin Səfərli
MİA.AZ