İsrail ordusu Livanın cənubunda Hizbullah Hərəkatının 10 mövqeyini bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mediası yazıb.

Bildirilib ki, İsrailə məxus qırıcılar Livanın cənubundakı sərhəd bölgələrinə hücumlar həyata keçirib: "İsrail aviasiyası Rəşayə əl-Fuhar bölgəsində Hizbullahın silah anbarları, müşahidə mövqeləri və raket atış platformaları daxil olmaqla 10 hədəfə zərbə endirib".

Livanın NNA rəsmi agentliyi yazıb ki, bununla yanaşı, İsrail döyüş təyyarələri Nəbatiyyə vilayətində də bir obyekti bombalayıb.

Xatırladaq ki, İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurmalarda 263 Hizbullah üzvü, 53 livanlı mülki vətəndaş ölüb. İsrail tərəfdən isə 7 mülki vətəndaş, 11 əsgər həlak olub.

Firudin Səfərli

MİA.AZ