Türkiyənin Dənizli şəhərinin Tavas rayonunda CHP üzvlərinin qələbə sevinci kədərlə bitib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tavasda CHP-nin namizədi Qədr Tatıkin qələbəsi bəlli olduqdan sonra partiyanın qərargahı qarşısında atəşfəşanlıq təşkil olunub.

Məlumata görə, atəşfəşanlıq zamanı bir qrup qərargahın ikinci mərtəbədəki partiya binasının balkonuna toplanıb və balkon ağırlığa dözməyərək çöküb: "Balkonun uçması nəticəsində küçədə və eyvanda olan 3-ü ağır olmaqla 18 partiya üzvü xəsarət alıb. Yaralılar arasında başından zərbə alan və həyati təhlükəsi olan CHP İlçe sədr müavini Mehmet Palaz Tavas Dövlət Xəstəxanasından Pamukkale Universiteti Xəstəxanasına sövq edilsə də, həkimlər onun həyatıı xilas edə bilməyib".

CHP şəhər təşkilatının sədri Ali Osman Horzum partiya funksionerinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Zülfiyyə

MİA.AZ