"Milli iradə özünü seçki qutusunda özünü göstərib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri 31 mart bələdiyyə seçkiləri ilə bağlı çıxışında MHP sədri Dövlət Baxçalı deyib.
MHP sədrinin sözlərinə görə, "31 mart seçkiləri sülh və əmin-amanlıq mühitində tamamlanıb: "Milli iradə özünü bir daha seçki qutusunda göstərdi. Təbii ki, sevimli millətimizin müdrikliyi, seçimi başımızın üstündədir. Biz seçki qutusundan çıxan demokratik qərara tam hörmətlə yanaşırıq. 31 mart seçkiləri faktiki olaraq Türkiyənin demokratik həyatının yüksək səviyyəyə çatdığını və bu baxımdan dünyaya nümunə olduğunu sübut etdi.
Əziz millətimizin bizə verdiyi mesaj önəmlidir. Milliyyətçi Hərəkat Partiyası bu demokratik mesajı aldı və seçkilərin nəticələrini çoxölçülü qiymətləndirmək üçün qollarını çırmaladı. İqtisadi narazılıqlar sosiallaşaraq siyasi arenaya yayıldıqca, bu, özünü nəticələrə yamsıtdı".
MHP lideri daha sonra bir daha Prezident Ərdoğana tam dəstək ifadə edib: "Prezident və kabineti vəzifəsinin başındadır. O, hər sahədə inkişlaf və islahat səylərini qətiyyətlə davam etdirəcək. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan bu dövlətin başıdır və bütün dəstəyimiz onun arxasındadır. Türkiyə Böyük Millət Məclisindəki Cumhur İttifaqı sayca siyasi çoxluğa sahibdir. Bilinməlidir ki, Cumhur İttifaqı gələcəyin memarı, Türk dövrünün ev sahibi, yeni əsrin oxu və təməl daşıdır".
Samir Musayev
MİA.AZ