Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının məcburi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, fərmana əsasən, 18-30 yaş arası 150 min nəfər orduya çağırılıb.
Xatırladaq ki, Rusiya Federasiya Şurası ötən ilin iyulunda məcburi hərbi xidmət üçün yuxarı yaş həddinin 27-dən 30-a qaldırılması haqda qanun layihəsi qəbul edib.
Qanun layihəsi bu ilin yanvarın 1-dən qüvvəyə minib.
Firudin Səfərli
MİA.AZ