BMT Baş Assambleyası Rusiyaya qarşı qətnamə layihəsini qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qətnamadə rəsmi Moskvadan işğal elədiyi Zaporojya Atom Elektrik Stansiyasından dərhal əsgər və texnikalarını geri çəkməyi və obyekti dərhal Ukraynaya qaytarmağı tələb olunub.
Baş Assambleyada səsə qoyulan qanun layihəsi lehinə 99, bitərəf 60, əleyhinə isə 9 səslə qəbul edilib.
Layihəsinin əleyhinə Rusiya, Belarus, Kuba, Eritreya, Mali, Nikaraqua, Suriya, Burundi və Şimali Koreya olub. Çin, Hindistan və Cənubi Afrika daxil olmaqla 60 ölkə isə bitərəf qalıb.
Qərarda nüvə təhlükəsi və bu stansiyadakı təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi narahatlıq ifadə edilib.
Həmçinin, Rusiyadan Ukraynaya qarşı təcavüzünə dərhal son qoymaq tələb olunub: "Bütün əsgərləri geri çəkməli və Ukraynanın ərazi nbütövlüyünə hörmətlə yanaşmalısınız".
Xatırladaq ki, 6 nüvə reaktoru olan Zaporojya Atom Elektrik Stansiyası Ukraynanın cənub-şərqində Rusiyanın işğal elədiyi cəbhə xəttinə yaxın ərazidədir.
Firudin Səfərli
MİA.AZ