Azərbaycan Voleybol Federasiyası nəzdində yeni qurum yaradılıb.

federasiyanın mətbuat xidmətindən Sportnet.az-a bildirilib ki, Azərbaycan Çimərlik Voleybolu Assosiasiyası (AÇVA) adlanan quruma "Azəryol Servis”in sədri Cavid Qurbanov prezident seçilib.

Artıq AÇVA- nın sənədləri dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti nəqliyyat naziri Ziya Məmmədovdur.