Kolumbiya Argentina prezidenti Xavyer Mileinin ölkə prezidenti Qustavo Petroya ünvanlı "qatil, terrorçu prezident" sözünə kəskin reaksiya verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kolumbiya hökuməti bu sözə görə bütün argentinalı diplomatların ölkəni tərk etməsi üçün 2 sutka vaxt verib.
Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Mileinin prezident Petro haqqında qəbuledilməz ifadələri cavabsız qala bilməzdi: "Prezident Petro Kolumbiya xalqının azad iradəsi nəticəsində demokratik şəkildə seçilib. Bu səbəbdən Argentina prezidentinin açıqlamaları təkcə millətimizin etibarına xələl gətirmədi, həm də demokratik yolla seçilmiş dövlətin şərəfinə xələl gətirir".
Xatırladaq ki, Milei CNN-ə müsahibəsində Petro haqqında "Qatil, terrorçu olan birindən çox şey gözləmək olmaz" deyib.
Tahir Şəlvəli
MİA.AZ