Bolqarıstanda baş nazir Nikolay Denkovun istefasından sonra hökuməti yeniodən formalaşdırmaq cəhdi 3-cü dəfə alınmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 240 deputatdan ibarət parlamentdə 11 nəfərdən ibarət ən kiçik qrup olan şoumen Slavi Trifonovun rəhbərlik etdiyi ITN partiyası da hökumət qurmaq vəzifəsindən imtina edib.

O, Prezident Rumen Radev tərəfindən ona edilən təklifi mədəni surətdfə geri çevirdiyini elan edib.

Bundan sonra isə Bolqarıstanda yenidən növbədənkənar seçkilərin keçiriləcəyi təsdiqlənib.

Prezident Radev deyib ki, növbədənkənar seçkilərlə bağlı yaxın günlərdə rəsmi qərar veriləcək.

Xatırladaq ki, Baş nazir Denkovun istefasından sonra Parlamentdəki ən böyük qruplar olan partiyalar da hökumət qura bilməyib.

Firudin Səfərli

MİA.AZ