"Aparıcı, Aygün Bəylər sənətçidir? Bir gözünü ovuşdur. Bir bax gör, sənin qarşında kimdir? Sənətçi, yoxsa sənətkar? Aparıcıların çoxusu bilmir ki, kim sənətkardır, kim isə sənətçi?!".
Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "O üz" verilişində deyib.
Sənətçi efirdə sənətini deyil, zinət əşyalarını reklam edən həmkarlarını sərt şəkildə tənqid edib: "Pul ola bilər... Allah hamının canını sağ eləsin. O qədər milyonçu insanlar var ki... Bəyəm, onlar sənətkardırlar? Hər gün efirə çıxmaq sənətkar olmaq demək deyil. Sənətkarın vaxtı olmur. Özünüz də görürsünüz ki, sənətdə olan insanlar fırlanır ortada. Kənarda, qıraqda-bucaqda qalanlar isə yoxdur. Bunlar elə zənn edirlər ki, Azərbaycan musiqisini yaşatmaqla məşğuldurlar. Xeyr, onlar günü-gündən Azərbaycan musiqisinə balta vurmaqla məşğuldurlar. Hamı efirə çıxıb, üzüyündən, sırğasından, paltarının qiymətindən danışır. Amma bir adam çıxıb onlara demir ki, "De görüm, sən bura haradan gəlmisən? "Sən hansı sənətlə məşğul olursan? Sən burada nə qələt yeyirsən? Bunları deyən yoxdur.... Mən elə bilirdim ki, mən bura sənətlə məşğul olmağa gələcəyəm, 1000 dənə qəzəl öyrənməliyəm. Sonra da hamı ilə üz-göz olasan... Belə şey olar? Sonra da acından ölməlisən, Elnarə... Sənətlə məşğul olun da... Mən yetərincə xeyriyyəçi, sənətçi kimi xidmət etmişəm bu dövlətimə. Bu gün Azərbaycanda musiqi sənəti çalxalanır"(bizim.media)