Almaniya Ukraynaya yeni yardım paketi ayırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən “20-ci Ukrayna Müdafiə Təmas Qrupu Toplantısı” çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir Rusiyanın Ukraynaya qarşı müharibəsinin 755 gündür davam etdiyini xatırladıb. Bildirib ki, ukraynalılar hazırda təkcə özlərini, torpaqlarını, müstəqilliklərini deyil, həm də dünyada qanunun aliliyini, hüququ müdafiə edirlər: "Ona görə, ukraynalılara dəstəyimizi davam etdiririk. Artıq Ukrayna üçün 500 milyon avro dəyərində yeni yardım paketi hazırlamışıq. Paketə alman ordusu ehtiyatlarından 10 min artilleriya, 100 min top mərmisindən tutmuş, 100 zirehli piyada maşını, 100 digər hərbi texnikaya qədər var...".

Tahir Şəlvəli

MİA.AZ