Husilər ABŞ gəmisi ilə İsrailə raket zərbəsi endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Husilərin sözçüsü Yəhya Seri sosial media hesabında paylaşım edib.

O bildirib ki, bu gün Qırmızı dənizdə ABŞ-ın “Mado” gəmisinə bir neçə raket zərbəsi endirilib: "Bununla yanaşı, İsrailin Eliat şəhərində bəzi hədəfləri də vurduq. Hər iki əməliyyat uğurla başa çatıb".

Firudun Səfərli

MİA.AZ