Livan sərhədində İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında qarşılıqlı hücumlar davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Hizbullah Livan ərazisindən İsrail qüvvələrinin hərbi mövqelərinə növbəti raket zərbələri endirib.
Məlumata görə, qruplaşma Birket Rişe və Malikiyedə israilin hərbi mövqelərinin 5 raket fırladıb.
Dağıntı və ya cam itkisi ilə bağlı informasiya verilməsə də, İsrail ordusunun buna sərt cavab verdiyi açıqlanıb.
İsrail ordusundan bildirilib ki, döyüş təyyarələri “Hizbullah" üzvlərinin cəmləşdiyi Mervahin qəsəbəsindəki müşahidə məntəqəsini vurub: "Bundan başqa yaraqlların sığındığı əl-Adisa qəsəbəsində bir bina bombalanıb".
Məlumatda o da deyilir ki, İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən toqquşmalarda 242 Hizbullah üzvü, 49 livanlı mülki vətəndaşla yanaşı, 6 İsrail vətəndaşı və 11 israilli hərbçi həlak olublar.
Tahir
MİA.AZ