ABŞ-ın dövlət katibi Antoni Blinken Qəzzadakı savaşla bağlı bölgəyə yeni səfərə hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Filippinin paytaxtı Manilada Filippinin xarici işlər naziri Enrike Manalo ilə birgə mətbuat konfransında danışıb.
Qəzzada insanların humanitar yardıma ehtiyacı olduğuna diqqət çəkən Blinken bildirib ki, orada dəhşətli fəlakət var: "Bölgə ərzaq böhranı ilə üz-üzədir. İsrail mülki insanları qorumalı, onlara daha çox humanitar yardım çatdırılamsını təmin etməlidir".
Dövlət katibi deyib ki, bu həftə Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək: "Əsas məqsəd Qəzzada atəşkəs üçün təzyiqləri artırmaq olacaq".
Lamiyə Əhmədli
MİA.AZ