Çində yaşayan 33 yaşlı kişi 10 ildir evli olduğu həyat yoldaşının xəyanətini maraqlı üsulla aşkarlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hubey əyalətində yaşayan 33 yaşlı Zhang adlı kişi həyat yoldaşının onu aldatmasından şübhələnib.
Məlumata görə, o, arvadının işini dəyişdikdən sonra tez-tez evdən uzaqlaşmağa can atmasının səbəbsiz olmadığını anlayıb: "Zhang bundan sonra arvadını duyuq salmadan onu dronla izləməyə qərar verib. Və arvadının ona xəyanətini saniyəsinə qədər lentə alıb".
Bildirildiyinə görə, kişi görüntüləri sosial mediada da yayıb və "bu, artıq rəsmən ayrılmamız üçün əsasdır" deyib.
Tahir Şəlvəli
MİA.AZ