İsrail qüvvələri Qəzza zolağının şimalındakı Şifa xəstəxanasında baş verənləri işıqlandırmaq istəyən jurnalistləri döyüblər.
Mia.az xarici mətbuata istnadla xəbər verir ki, daha sonra isə aralarında "Əl-Cəzirə"nin müxbiri də daxil olmaqla, bir çox jurnalisti saxlayıblar: "İsrail ordusu səhər saatlarında basqın etdiyi Qəzza şəhərinin qərbindəki Şifa xəstəxanasında "Əl-Cəzirə" telekanalının müxbiri İsmayıl əl-Gül də daxil olmaqla bir çox jurnalistə qarşı amansızlıqla döyüb, daha sonra isə onların əlləri və gözləri bağlı formada saxlayıblar...".
Qətərdə yerləşən "Əl-Cəzirə" televiziyası Şifa xəstəxanasındakı müxbirinin İsrail qüvvələri tərəfindən saxlanıldığını təsdiqləyib.
Tahir Şəlvəli
MİA.AZ