Zəfər Partiyasına İstanbul və Ankarada naməlum şəxslər tərəfindən hücumlar olub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə 18 gün qalmış İstanbulda Zəfər Partiyasının seçki çadırı yandırılıb.

Məlumata görə, İstanbulun Kartal rayonunda Zəfər Partiyasının bələdiyyə sədrliyinə namizədlərinə məxsus çadıra naməlum şəxs və ya şəxslər tərəfindən od vurulub.

Zəfər Partiyasının sədri Ümit Özdağ bu fakta ümnasibətdə bildirib ki, təxribat cəhdlərinə baxmayaraq, yola davam edəcəklər.

Maraqlı budur ki, bu hadisədən az sonra isə Ankaranın Etimesqut rayonunda partiyanın afişalarını cıranlara mane olan partiya üzvü çiynindən bıçaqlanıb.

Zülfiyyə

MİA.AZ