"Star TV"-də yayımlanan "Ömər" serialında baş rolu canlandıran Gökçe Bahadır İstanbulda boğaz mənzərəli villa kirayəyə götürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o və musiqiçi əri Boğaziçi mənzərəli villaları üçün 270 min TL (14200 manat) aylıq kirayə ödəyirlər.

Məlumatda deyilir ki, vaxtilə bu villada "Qalatasaray"ın məşhur futbolçu Xuan Mata yaşayıb. O, bu villaya aylıq 5 min avro ödəyirmiş...

Ləman

MİA.AZ