Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə
keçiriləcək seçkilərdə böyük saxtakarlığa yol verilir.
Bu barədə Mia.az-a AMEA-nın alimləri məlumat veriblər.
Onların prezident ilham Əliyevə yazdıqları müraciəti təqdim edirik:
"Cənab Prezident! Milli Elmlər Akademiyasının
Nizamnaməsinə görə, hər 3 ildən bir bu quruma seçkilər keçirilməlidir. Təəssüf
ki, ölkəmiz müstəqillik qazandığı 22 il müddətində Milli Elmlər
Akademiyasına 2 dəfə seçkilər keçirilib və 30 iyun 2014-cü ildə 3-cü dəfə
seçkilər keçirilməsi nəzərdə tutulub. Riyaziyyat və Fizika ixtisası üzrə
akademiyanın müxbir üzvlüyünə seçilmək üçün 7 yer nəzərdə tutulub ki, bura
da 62 nəfər seçkilərdə iştirak etmək üçün sənəd verib. Əldə etdiyimiz
məlumata əsasən akademiyanın müxbir üzvlüyünə seçilmək üçün ayrılan 7
yerdən 2-nə Riyaziyyat və Fizika İnstitutlarının direktorları, 4-nə
isə himayədarlıq nəticəsində ölkəmiz müstəqillik əldə etdiyi 20
ildən artıq bir müddətdə Türkiyə və Almaniyada yaşayıb və işləyən və o ölkələrin
vətəndaşlığını qəbul etmiş Əfəndiyev Məsud Arif oğlu , Mahmudov Elmxan Nadir oğlu,
Səlimov Arif Ağacan oğlu, Hüseynov Fərhad Vəli oğlu, Əsgərzadə İman Novruz
oğlu, Əliyev Təhmasib Məhəmməd oğlu, Nəhmədov Ənvər Pirverdi oğlu arasından "
seçəcəklər” .
Türkiyə və Almaniyada yaşayıb, işləyən və o
ölkələrin vətəndaşlığını qəbul etmiş bu şəxslər Akademiyaya seçkidə iştirak
edirlər və bəziləri hətta anket məlumatlarını gizlədərək,
Azərbaycanda işlədiklərini yazıblar. Ölkəmizdə ikili vətəndaşlıq ləğv edilib və
bu yoldaşlar hansı ölkənin vətəndaşı olmaları seçimini etməyiblər.
Cənab Prezident! Heç kəsə sirr deyil ki,
İnstitutlara direktorlar heç də həmişə elmdəki xidmətlərinə görə təyin
olunmurlar. Ölkəmizdən kənarda işləməyə bizlərin çoxu gedib və bir
müddətdən sonra qayıdıb vətəndə fəaliyyətimizi davam etdiririk. Ötən əsrin
90-cı illərində kənarda işləyənlərin maaşları bizim buradakı əmək haqqımızdan
100 dəfə artıq, indi isə ölkəmizin iqtisadi qüdrətinin artması nəticəsində
təxminən 10 dəfə artıqdır. Akademiyanın Nizamnaməsinə görə seçkilərdə
yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak etmək hüququna malik
olduqlarından başqa ölkənin vətəndaşlarının seçkidən kənarlaşdırılmasına və
AMEA-ya seçkilərin obyektiv keçirilməsinə göstəriş verməyinizi
xahiş edirik.
Sizə böyük hörmət və ehtiramla, AMEA-nın
Fizika və Riyaziyyat üzrə müxbir üzvlüyünə seçkilərində iştirak edən bir qrup
alim".
Müraciətlə bağlı qarşı tərəfin münasibətini də yaymağa hazırıq.
MİA.AZ