Son günlər Türkiyədə dolların məzənnəsi tarixi həddi keçib. 

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, artıq qardaş ölkədə bir dollar 32 tl-dən yüksək dəyişilir.

Xəzinə və Maliyyə naziri Mehmet Şimşək isə məzənnə ilə bağlı yaranan  ajiotaja "narahat olmayın" mesajı ilə reaksiya verib.

Nazir "Sağlam iqtisadi siyasətləri davam etdirmək və struktur islahatları həyata keçirməkdə qərarlıyıq" deyərək, qiymət sabitliyinə nail olmağın  əsas prioritet olduğunu təkrarlayıb: "Qiymət sabitliyinə nail olmaq üçün vaxt lazım olduğunu nəzərə almaq vacibdir. Bu ay keçiriləcək yerli seçkilərdən sonra Türkiyə məhsuldarlığı artıracaq və rəqabət qabiliyyətini artıracaq. Nəzərə almaq lazımdır ki, valyuta bazarında baş verən son dalğalanma müvəqqəti xarakter daşıyır...".

Nnazir əhalidən bir az da səbr etməyi istəyib.

Xatırladaq ki, qarda bazarda bir dolların hətta 35-36 TL-yə dəyişilməsi haqqında da məlumatlar var.

Bəzi ekspertlər iddia edir ki, qardaş ölkədə ilin sonundak dolların məzənnəsi 40,0212 TL-yə qədər yüksələcək.

Lamiyə Əhmədli

MİA.AZ