"Taş kagıt Makas ("Daş, Kağız, Qayçı) serialında 4 qadının sıraya düzülərək aşağılanma səhnəsi Türkiyədə izləyicilərin sərt etirazı ilə qarşılanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 8 mart Qadınlar günü ərəfədində belə bir səhnədnin yer almasına etiraz edən izləyicilər Radio Televiziya Üstr Kurumuna (RTÜK) şikayət ediblər.
Belə ki, Ozan Güven, Ekin Koç, Serra Arıtürk, Hande Ataizi, Burak Yörük və Hüseyin Avni Danyalın əsas obrazlarda rol aldığı və Kanal D-də yayımlanan serialın bu bölümündə Burak Yörükün canlandırdığı "Fecir Emirkıran" 4 qadını əylənmək üçün çağırır. O, daha sonra qadınlara son model avtomobil müqabilində hürmələrini istəyib: "Bu qaba tökdüyüm içkini küçə iti kimi hürən və içən maşını alacaq".
Səhnədə qadınlardan biri onun tələbinə boyun əyir.
Bu isə etirazı alovlayır...
Xatırladaq ki, serial Umut və Rıza adlı ata-balanın başına gələnlərdən bəhs edir. Belə ki, təmizlik işçisi olan Rıza həyatını oğlu Umuta həsr edir. Sadə həyatı olan Umutun qeyri-adi bir xəstəliyi var: Hipertimiya (qeyri-adi yaddaş qabiliyyəti). O, uşaqlığından gördüyü və eşitdiyi heç bir şeyi saat dəqiqliyi ilə xatırlayır. Lakin bir gün Rıza qətl işinə görə saxlanılır. Üstəlik, Rıza o qətl gecəsi haqqında heç nə xatırlaya bilmir. beləliklə, Umut və Rza birdən-birə özlərini cəhənnəmin içində görürlər...
Ləman
MİA.AZ