Ustad sənətçi Müşərref Akay Haberler.com-un Youtube kanalında yayımlanan "Haber Bahane" proqramında Gökay Kalaycıoğluna maraqlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Müşərref Akay keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını və bu səbəbdən onu döyərək boşadığını deyib: "Əvvəldən ona dedim ki, əsla mənə əl qaldırma. Çünki biz ailədə söyüş söymürük, şiddəti bilmirik. Çox keyfiyyətli və dinc bir ailə idik. O səbəbdən ona dedim: sən mənə əl qaldıran kimi səndən boşanaram!. Dediklərimə görə həmişə geri çəkilirdi., Bir gün necə oldusa, o, məni vurdu. Mən çərkəz qızıyam, belə dayana bilməzdim axı. Mən də onu dpöyüb qovaladım. Daha sonra uşaqlarımı götürdüm anamın evinə getdim. Bir sözlə, vurduğum adamı yenə ər kimi görə bilməzdim, o səbəbdən boşadım...".
Xatırladaq ki, M.Akay türk musiqisinin və kino sənətinin tanınmış simalarındandır. O, 1952-ci ildə İstanbulda anadan olub.
Ləman
MİA.AZ